İbrahimoviç "Milan"da qala bilər - bir şərtlə

İbrahimoviç "Milan"da qala bilər - bir şərtlə
Zlatan İbrahimoviç növbəti mövsümü də "Milan"da keçirməyə hazırdı.
Fanat.Az "Corriere dello Sport"a istinadən xəbər verir ki, "Milan" Çempionlar Liqasında mübarizə aparmaq üçün heyətini gücləndirsə, İbrahimoviç komandada qalacaq. İsveçli futbolçu 2013-14 mövsümündən bəri ÇL-dən uzaq düşən "qırmızı-qaralar"ı yenidən "Avropanın ən böyük arenası"na qaytarmağı və yalnız bundan sonra "müsbət notlar"la ayrılmağı planlaşdırır.
Müqavilənin maliyyə məsələləri Zlatan üçün prioritet deyil. O, ilk növbədə "Milan"ın genişmiqyaslı transfer kampaniyası aparmasını istəyir.
Cari mövsümdə aktivində 36 xalı olan Milan təmsilçisi İtaliya A Seriyasında 7-ci sırada qərarlaşıb. Komanda Çempionlar Liqasına vəsiqə verən 4-cü pillədən 12 xal geri qalır.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər