İbrahimoviç "Milan"da - ÇL-ə hazırlaşan İtaliya nəhənginə qoşuldu

İbrahimoviç "Milan"da - ÇL-ə hazırlaşan İtaliya nəhənginə qoşuldu

"Milan"ın sabiq hücumçusu Zlatan İbrahimoviç Çempionlar Liqasının qrup mərhələsinin ilk turunun "Nyukasl"la oyununa hazırlaşan komandanın bu gün keçirilən məşqində iştirak edib.

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb. 

Mənbənin məlumatına görə, İbrahimoviç Milandakı məşqdə baş məşqçi Stefano Pioliyə qoşulub. İsveçlinin keçmiş komanda yoldaşlarına nə dediyi hələlik məlum deyil.

Xatırladaq ki, “Milan” həftəsonu derbidə “İnter”ə 1:5 hesabı ilə uduzub. İbrahimoviç ötən mövsümün sonunda peşəkar karyerasını başa vurub. “Rossoneri” Çempionlar Liqasının qrup mərhələsində “Nyukasl”, PSJ və Dortmund “Borussiya”sı ilə qarşılaşacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər