İbrahimoviç: "Milan” mənimlə yeni müqavilə imzalamasa..."

İbrahimoviç: "Milan” mənimlə yeni müqavilə imzalamasa..."

40 yaşı olmasına baxmayaraq, hələ də yaxşı formada olan "Milan"ın ulduz futbolçusu Zlatan İbrahimoviç (Zlatan İbrahimovic) "uzunömrlü" olmasının səbələrini açıqlayıb.

Fanat.Az "Tuttomercato" nəşrinə istinadən xəbər verir ki, isveçli futbolçu 40 yaşın sadəcə olaraq rəqəm olduğunu bildirib: “Uzun ömürlü olmağımın sirri başımdadır. Sübut etməyə çalışıram ki, 40 sadəcə bir rəqəmdir və mən hələ də sevdiyim işlə məşğul ola bilərəm. Mən hər gün inkişaf etmək istəyirəm. Açığı, mən əvvəlki kimi oynaya bilmərəm. Amma digər tərəfdən, mən indi daha ağıllıyam və daha çox təcrübəm var.

Öz oyunuma təəccüblənmirəm. Mən ən yaxşı futbolçuyam. Əgər sən ən yaxşı futbolçusansa, belə oyuna necə təəccüblənə bilərsən? Mənim vəzifəm komanda yoldaşlarımın daha güclü olmasına kömək etməkdir. Bundan başqa sübut edəcək heç nəyim yoxdur. Mən qovulmayana qədər karyeramı bitirmək istəmirəm.

Bundan sonra nə olacağını hələ bilmirəm. Mümkün olan qədər davam etmək istəyirəm. “Milan” mənimlə yeni müqavilə imzalamasa, karyeramı başqa yerdə davam etdirəcəyəm”

Xatırladaq ki, ötən gün İtaliya A Seriyasının XI turunda səfərdə "Roma" ilə görüşən "Milan" klubu 2:1 hesabı ilə qələbə qazanıb. Zlatan İbrahimoviç oyunun 25-ci dəqiqəsində qolla yadda qalıb.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər