Zlatan İbrahimoviç "Milan" formasıyla ən erkən qolunu vurub.
Fanat.Az xəbər verir ki, bu, A Seriyasında V turun "Roma" ilə ev oyununa təsadüf edib. 39 yaşlı hücumçu matçın 1 dəqiqə 48-ci saniyəsində fərqlənib.
Görüş 3:3 hesablı heç-heçə ilə yekunlaşıb. Təcrübəli forvard bu oyunda iki qol müəllifi olub.
Qeyd edək ki, Zlatan İbrahimoviç karyerası ərzində "Milan"ın heyətində 58 qola imza atıb.
Fanat.Az