Zlatan İbrahimoviç 2022-ci ilə qədər "Milan"da qala bilər.
Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, 39 yaşlı forvard sözügedən İtaliya klubunun forması ilə Çempionlar Liqasında oynamaqda qəararlıdır.
Bunu görüş zamanı rəhbərliyə də deyən Zlatan formada olduğunu və yaxın gələcəkdə karyerasını bitirməyə hazırlaşmadığını vurğulayıb. Artıq tərəflər yeni anlaşmanın detallarını razılaşdırır. Hər şey plan üzrə getsə, İbrahimoviç 41 yaşına qədər "Milan"da top qovacaq.
Qeyd edək ki, 7 tura 17 xl yığan "Milan" A Seriyasının turnir cədvəlinə başçılıq edir. İbrahimoviç qırmızı-qara forma ilə çıxdığı 5 oyunda 8 qol və 1 məhsuldar ötürmə ilə hələ qocalmadığını isbatlayıb.
Fanat.Az