Bu gün DÇ-2014-ün seçmə mərhələsinin Avropa zonası üzrə pley-off oyunlarına yekun vurulub. Fanat.az xəbər verir ki, 8 komanda Braziliyaya 4 vəsiqə uğrunda cavab matçlarına çıxıb.
Günün ən maraqlı qarşılaşması İsveçdə keçirilib. Heyətində Zlatan İbrahimoviç kimi dünya ulduzu olan İsveç yığması Kriştiano Ronaldolu Portuqaliyanı qəbul edib. Tərəflər arasında ilk matçda portuqaliyalılar Kriştiano Ronaldonun tək qolu ilə qələbə qazanmışdı - 1:0. Bu dəfə azarkeşlər 5 qola şahidlik edib. İbrahimoviçin 2 qoluna Ronaldo 3 dəfə cavab verib və Portuqaliya 3:2 hesabı ilə qələbə qazanaraq dünya çempionatına vəsiqə əldə edib.
Daha bir maraqlı matç Fransada baş tutub. Kiyevdə gözlənilmədən Ukraynaya 0:3 hesabı ilə yenilən Fransanı çətin sınağa çıxıb. Heyətində Frank Riberi, Kərim Benzema kimi dünya ulduzları fransızlar dünya çempionatına vəsiqə qazanmaq vacib olan 3 qolluq qələbəni əldə edib.
Rumıniya yığması Yunanıstanı qəbul edib. Bu komandalar arasında ilk oyunda yunanlar 3:1 hesablı qələbə qazanaraq demək olar ki, dünya çempionatına vəsiqəni təmin etmişdi. Cavab matçı 1:1 hesabı ilə başa çatıb və yunanlar Braziliya biletini sifariş edib.
Digər görüşdə isə Xorvatiya İslandiyanı qəbul edib. İlk oyunda qolsuz bərabərliyə razılaşan tərəflərin bu dəfəki duelini xorvatlar qazanıb.
DÇ-2014
Seçmə mərhələ
Pley-off
19 noyabr
Rumıniya - Yunanıstan 1:1
Qollar: Vasilios Torosidis, 54 (avtoqol) - Mitroglu, 23.
Rumıniya: Tataruşanu, Matel, Rat (Latovleviçi, 26), Qoyan (Qrozav, 87), Hoban, Tanase, Torje (Nickulae, 56), Maksim, Marsiya, Stanku, Kiriçes.
Yunanıstan: Karnezis, Maniatis, Torosidis (Vintra, 72), Papastatopulos, Holebas, Siovas (Manolas, 80), Tziolis, Karagunis (Samaris, 73), Samaras, Mitroglu, Salpingidis.
İlk oyun- 1:3.
Xorvatiya - İslandiya 2:0
Qollar: Mario Mandzukiç, 27. Dariyo Srna, 47.
Xorvatiya: Pletikosa, Şimuniç, Perişiç, Korluka, Rakitiç, Modriç (Lovren, 89), Srna, Mandzukiç, Oliç (Yelaviç, 80), Kovaçiç (Rebik, 74), Pranyiç.
İslandiya: Halldorsson, Saevarsson, R.Siqurdsson, Qudmundsson, Byarnason, G.Siqurdsson, Finnboqason, Arnason, Qunnarsson (Hallfredsson, 72), Qudyohnsen (Gislason, 64), Skulason.
Qırmızı vərəqə: Mario Mandzukiç, 38 (Xorvatiya).
İlk oyun - 0:0.
İsveç - Portuqaliya 2:3
Qollar: Zlatan İbrahimoviç, 68; 72 - Kriştiano Ronaldo, 50; 77; 79.
İsveç: İsaksson, Lustiq, Nilsson, Olsson, Elm (Svensson, 46), Larsson (Qerndt, 90), Kallstrom, İbrahimoviç, Elmander, Antonsson, Kakanikliç (Durmaz, 82).
Portuqaliya: Patrikiyo, Pereyra, Pepe, Alveş, Koentrao (Antunes, 52), Veloso, Meyreleş (Karvalyo, 73), Moutinyo, Nani, Almeyda (Kosta, 82), Ronaldo.
İlk oyun - 0:1.
Fransa - Ukrayna 3:0
Qollar: Mamadou Sako, 22. Kərim Benzema, 34. Oleq Qusev, 72 (avtoqol).
Fransa: Lloris, Debuçi (Saqna, 78), Evra, Varane, Sako, Kabaye, Riberi, Valbuena, Matuidi, Poqba, Benzema (Qiroud, 82).
Ukrayna: Piatov, Xaçeridi, Şevçuk, Mandziuk, Rakitski, Yarmolenko, Konoplyanka, Rotan, Bezus (Qusev, 64), Edmar, Zozulya (Seleznyov, 76).
Qırmızı vərəqə: Yevgeni Xaçeridi, 47.
İlk oyun - 0:2.
Fanat.az