I Liqa: "Qəbələ" çempion, "Karvan"la "İmişli" Premyer Liqada!

I Liqa: "Qəbələ" çempion, "Karvan"la "İmişli" Premyer Liqada!

Azərbaycan I Liqasında 23-cü tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, turun son günündə üç qarşılaşma baş tutub.

Bugünkü görüşlər həm çempionun, həm də Premyer Liqaya vəsiqəni təmin edən komandaların müəyyənləşməsi ilə əlamətdar olub.  "Karvan" "Cəbrayıl"la görüşdən qalib ayrılıb və 16 il sonra elitaya yüksəlib.  Premyer Liqaya digər vəsiqəni "İmişli" əldə edib.  Günün və turun son qarşılaşmasında MOİK-i sınağa çəkən "Qəbələ" doğma azarkeşləri önündə qalib gələrək çempion titulunu sona 4  tur qalmış rəsmiləşdirib. 

Azərbaycan I Liqası XXIII tur 25 aprel

“Karvan” – “Cəbrayıl” 2:0 Qollar: B.Teymurov, 18. E.Qasımov, 81.

“Zaqatala” – “İmişli” 0:2 Qollar: İ.İnqilablı, 21. A.Ağazadə, 61. 

“Qəbələ” – MOİK 1:0 Qol: E.Tağıyev, 90+7-pen. 

Turun digər oyunlarının nəticələri: Qaradağ Lökbatan – Difai 3:1 Mingəçevir – Baku Sportinq 4:0

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər