Azərbaycan I Liqasında 7-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, bu gün daha 2 oyun baş tutub.
“Karvan” bu turda “Cəbrayıl”la ev oyununda ilk məğlubiyyətinə üzülüb. “Qəbələ” isə doğma meydanda MOİK üzərində darmadağına sevinib. Beləliklə, Kaxaber Tsxadadzenin komandası liderlə xal fərqini minimuma endirib.
I Liqa 7-ci tur 7 noyabr
“Karvan” – “Cəbrayıl” 1:2 Qollar: Bəhruz Teymurov, 2 – Okan Təhməzli, 68. Zeynəddin Abdurahmanov, 71. Yevlax şəhər stadionu, 14:30.
“Qəbələ” – MOİK 3:0 Qollar: Elşad Tağıyev, 50; 76. Abdullahi Şuaybu, 64. Qəbələ şəhər stadionu, 16:00.