I Liqa: MOİK darmadağına sevindi, "Şimal"dan əzmkar qələbə

I Liqa: MOİK darmadağına sevindi, "Şimal"dan əzmkar qələbə

Azərbaycan I Liqasında sonuncu - 27-ci tur start götürüb.

Fanat.Az xəbər verir ki, iki günə sığacaq turun açılış günündə 2 oyun keçirilib.

MOİK Binədə "Difai"ni 4 qolla üstələyib, "Cəbrayıl" isə Şamaxıda "Şimal"a məğlub olub.

"Cəbrayıl"a 3:2 hesabı ilə qalib gələn "Şimal" xallarının sayını 20-yə çatdıraraq 9-cu sıraya yüksəlib.

Bununla da komanda sonuncu pillədən qurtularaq çempionatda qalmaq şansını saxlayıb.

Xaçmaz təmsilçisi cari mövsüm II Liqanı ikinci sırada başa vuran "Qaradağ Lökbatan"la pley-off görüşündə qarşılaşacaq.

Bir matçdan ibarət olan qarşılaşmada qələbə qazanan tərəf 2026/2027 mövsümündə I Liqada çıxış etmək hüququ qazanacaq.

MOİK-lə qarşılaşan "Difai" kollektivi isə 0:4 hesabı ilə uduzaraq turnir cədvəlinin sonuncu - 10-cu pilləsinə enib və I Liqanı tərk edib.

Azərbaycan I Liqası 27-ci tur 21 may 

MOİK – “Difai” 4:0

Qol: M.Baxşalı, 2. S.Yadom, 24. S.Fərəcov, 79. B.Soltanov, 89. Hakimlər: Murad Səlimov, Safalı Ağayev, Məmmədəli Kərimov, Səbuhi Bayramov. Hakim-inspektor: Babək Quliyev. AFFA nümayəndəsi: Zümrüd Ağayeva. Binə qəsəbə stadionu, 17:00.

“Cəbrayıl” – “Şimal” 2:3

Qollar: D.Açimi, 29, 54. - N.Osmanov, 55. N.Şixamirov, 64, 77. Hakimlər: Əkbər Əhmədov, Anar Bədəlov, Elmin Süleymanov, Rövşən Rəcəbov. Hakim-inspektor: Əmrah İbrahimov. AFFA nümayəndəsi: Novruz Əzimov. Şamaxı. Olimpiya İdman Kompleksinin  stadionu, 17:00.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər