Almaniyalı müdafiəçi Mats Hummels növbəti "transfer pəncərəsi"ndə "Roma"nı tərk etməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Nikolo Skira yayıb.
O, yayda "Borussiya Dortmund"dan ayrılıb və sentyabrda "qurdlar"ın sırasına azad agent kimi qoşulub. O vaxtdan bəri o, 7 matçda ehtiyat oyunçular skamyasında əyləşərək meydana çıxmayıb.
Mərkəz müdafiəçisi "Roma" ilə cari mövsümün sonuna qədər müqavilə imzalasa da, qışda komandadan ayrılmağı düşünür.
"Transfermarkt" futbolçunun dəyərini beş milyon avro qiymətləndirir. Hummelsin dekabrda 36 yaşı tamam olacaq.
Mirağa