Honda "Milan"a keçidindən danışdı

Honda "Milan"a keçidindən danışdı
"Neftçi"nin futbolçusu Keysuke Honda "La Gazzetta dello Sport"a müsahibəsi verib. 
 
Fanat.Az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi İtaliyanın "Milan" klubuna keçidindən danışıb.
2014 - 2017-ci illərdə Milan təmsilçisinin formasını geyinən yaponiyalı o günləri belə xatırlayıb: "Milan klubundan zəng gələndə bir saniyə belə çəkinmədim. Bir neçə il əvvəl "Latsio"ya keçməyə yaxın idim, lakin Rusiya MOİK-i bu təklifi rədd etdi. "Milan"ın ən yaxşı futbolçuları almaq üçün pulu yox idi. "Normal" oyunçular bu klubun formasını geyinə bildi. Strategiya yox idi, çünki 3 aydan bir yeni baş məşqçi gəlirdi. Belə vəziyyətdə nəticələr qazanmaq mümkün deyil".
Qeyd edək ki, Keysuke Honda "Neftçi" ilə cari mövsümün sonunadək müqavilə imzalayıb. 
 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər