Futzal üzrə Hollandiya yığmasının Bakıya gələcək heyəti açıqlanıb. Fanat.az xəbər verir ki, hollandlar ölkəmizə 14 futzalçı gətirmək qərarına gəlib:
Tevfik Ceyar, Mohamed Darri, Jamal Əl-Qannuti, Manuel Kuyk, Ennes van Masbommel, Mohamed Attaibi, Amir Molkarai, Mats Velsebur, Anes Besliya, Yoşua Sent Juste, Zakaria Amrani, Karim Mossaui, Said Buzambu, Zaid Əl-Morabiti.
Qeyd edək ki, Azərbaycan və Hollandiya dünya çempionatının "pley-off" mərhələsində rəqibdi. Millimiz hollandları səfərdə 5:1 hesabı ilə yenib. Cavab oyunu aprelin 12-də Bakı İdman Sarayında keçiriləcək və saat 19.00-da başlayacaq.
Fanat.az