Hollandiya - Azərbaycan: hakimlər açıqlandı

Hollandiya - Azərbaycan: hakimlər açıqlandı
Futzal üzrə dünya çempionatına vəsiqə qazanmaq üçün pley-off matçlarında Hollandiya ilə qarşılaşacaq Azərbaycan milli komandasının səfərdə keçirəcəyi ilk matçının hakimləri bəlli olub. Fanat.az xəbər verir ki, görüşü Çexiya, Fransa və Almaniyadan olan referilər idarə edəcək.
 
Belə ki, qarşılaşmanın əsas hakimi Çexiya təmsilçisi Ondrey Çerni, köməkçisi fransız Sedrik Pelisyer, üçüncü hakim isə alman Sven Eşler olacaq.
 
Qeyd edək ki, Kolumbiyada keçiriləcək Dünya Kubokunda iştirak etmək üçün millimizin qarşısında tək maneə olan Hollandiya yığması ilə ilk oyun martın 22-də Almere şəhərində keçiriləcək. Matça Bakı vaxtı ilə 23:00-da start veriləcək. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər