Holland futbolçu Bakı klubuna gəlmədi

Holland futbolçu Bakı klubuna gəlmədi

Bakı "İnter"inin heyətinə daha bir holland futbolçu qatmaq istəyi baş tutmayıb. Fanat.az хəbər verir ki, "bankirlər" Arian Svinkelsi transfer edə bilməyib.

Hollandiya mətbuatının məlumatına görə, Belçikanın "Lyerse" klubundan ayrılan 30 yaşlı yarımmüdafiəçi "Breda", "Villem II" və "İnter" klublarından təklif alıb. Lakin o, "Roda"nın təklifini dəyərləndirərək bu kluba keçib. 

Qeyd edək ki, "İnter" Hollandiyadan Yusef Feniçlə Ruben Şakeni transfer edib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər