Hələ Keyn kimisi olmamışdı

Hələ Keyn kimisi olmamışdı

"Bayern Münhen"in hücumçusu Harri Keyn Almaniya Bundesliqasında rekorda imza atıb.

Fanat.Az xəbər verir ki, 32 yaşlı ingilis buna çempionatın 6-cı turunda Frankfurt "Ayntraxt"ına qarşı keçirdikləri matçda (3:0) rəqib qapısına yol taparaq nail olub. 

Bu, Keynin cari mövsüm çempionatdakı 11-ci qolu olub. Ön xətt oyunçusu Bundesliqa tarixində mövsümün startındakı 6 qarşılaşmada 11  dəfə fərqlənməyi bacaran ilk futbolçudur.

Qeyd edək ki, Harri bu mövsüm bütün turnirlərdə 10 oyuna çıxaraq 18 qolla yadda qalıb. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər