"Qəbələ" Premyer Liqanın XXII turunda "Rəvan"ı qəbul edəcək. Fanat.az xəbər verir ki, bu tərəflər arasında 7-ci qarşılaşma olacaq.
İndiyədək heç-heçə etməyən rəqiblər 7-ci dəfə üz-üzə gələcək. Son 3 matçda qalib gələn “Qəbələ” ümumi balansda da üstünlüyə malikdi - 4 qələbə. 2 qələbə qazanan “Rəvan” isə son iki görüşdə qol vura bilməyib. Üstəlik qəbələlilər paytaxt klubu ilə bütün oyunlarda qol sevinci yaşayıb. "Qəbələ"nin 14 qoluna "Rəvan" 7 dəfə cavab verib.
| 30.09.2011 | Qəbələ - Rəvan (Bakı) | 2:3 |
| 03.03.2012 | Rəvan (Bakı) - Qəbələ | 0:4 |
| 24.09.2012 | Qəbələ - Rəvan (Bakı) | 1:3 |
| 25.11.2012 | Rəvan (Bakı) - Qəbələ | 1:3 |
| 20.09.2013 | Qəbələ - Rəvan (Bakı) | 3:0 |
| 29.11.2013 | Rəvan (Bakı) - Qəbələ | 0:1 |
Fanat.az