Həbib Nurməhəmmədovu Azərbaycana dəvət etdilər

Həbib Nurməhəmmədovu Azərbaycana dəvət etdilər
UFC çempionu Həbib Nurməhəmmədov Azərbaycana dəvət olunub. 
Fanat.Az xəbər verir ki, bu barədə döyüşçünün atası və məşqçisi Abdulmanap Nurməhəmmədov məlumat verib.
Ata Nurməhəmmədov bildirib ki, oğlu diskvalifikasiya olunacağı təqdirdə hər gün məşq edəcək və dünyanı gəzəcək: "Qonşu Azərbaycandan bizi çağırırlar, Türkmənbaşı dəvət edir. Qırğızıstan prezidenti bizi şəxsən çağırıb. Bu ölkədə bizə çox yaxşı mühafizə ayırdılar və bizi hamıdan xoş qarşıladılar. Müsəlmanların yaşadığı Malayziyadan və İndoneziyadan təklif var. Mən Həbiblə bu ölkələrə getmək istəyirəm. Doqquz aylıq diskvalifikasiya olacağı təqdirdə, o, səhərlər gimnastika və məşq edəcək. Gündə 3,5 saat məşq edirik. Həmçinin bütün dünyanı gəzəcəyik".
Qeyd edək ki, Həbib Nurməhəmmədov UFC çempionu kəmərini 7 oktyabrda Konor Makqreqora qarşı döyüşün dördüncü raundunda boğucu fəndlə qalib gələrək qoruyub. Döyüşdən sonra rusiyalı tamaşaçıların olduğu zalda kütləvi dava olub. Hər iki döyüşçü 10 dekabr tarixinədək döyüşlərdən kənarlaşdırılıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər