"Bayern"in hücumçusu Harri Keyn namizəd olduğu "Qızıl top" mükafatını qazanmaq ehtimalını dəyərləndirib. Fanat.Az xəbər verir ki, ulduz forvard bu barədə Münhen klubunun rəsmi saytına danışıb. O, doğma şəhəri Londonda keçiriləcək mükafatlandırma mərasimində son 25 il üçün ilk reallaşdırmaq arzusunu belə dilə gətirib: "İlk növbədə mənə dəstəklərinə görə komanda yoldaşlarıma və klub rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm. Bu, məni çox qürurlandırır. Birlikdə inanılmaz dərəcədə çox çalışdıq və komandaya töhfə vermək üçün əlimdən gələni edirəm. Əlbəttə ki, "Qızıl top" mükafatlandırma mərasiminə Londonun ev sahibliyi etməsi mənim üçün çox xüsusi bir hadisədir. Mən Londondanam və uzun müddət orada yaşamışam - bəlkə də bu, yaxşı əlamətdir. 20 ildən çoxdur ki, heç bir ingilis oyunçu "Qızıl top" mükafatını qazanmayıb (2001-ci ildə Maykl Ouen qalib olub - red.). Baxmayaraq ki, bu müddət ərzində bir çox əla ingilis oyunçumuz olub. "Qızıl top" mükafatını qazanmaq mənim üçün böyük bir nailiyyət olardı. Amma hələlik, çox çalışmağa davam etməyə və bu mövsüm formamı qorumağa diqqət yetirirəm". Mükafatlandırma mərasimi ilk dəfə Londonda təşkil olunacaq. “Qızıl top”un qalibi oktyabrın 26-da İngiltərənin paytaxtında keçiriləcək mərasimdə açıqlanacaq. Mirağa
Harri Keyn "Qızıl top"la bağlı 25 illik "tilsim"i qırmaq istəyir - "Bu, yaxşı əlamətdir"
TREND
Tv Afişa
09:00
22.11.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Milli
23:58
23.11.2026
"Ərzurumspor"da Nəriman qərarı - Yanvarda yollar ayrılır?
Milli
00:37
20.11.2026
"Bursaspor" Toralı niyə göndərmək istəmir? - Səbəb bəlli oldu
Azərbaycan futbolu
23:26
20.11.2026
Valdas Dambrauskas darmadağını belə şərh etdi
Oxşar xəbərlər
Azərbaycan futbolu
13:41
25.11.2026
"MOİK bu çempionatda ən ideal heyətə malik komandadır" - Elhad Nəziri
Azərbaycan futbolu
11:48
25.11.2026
UEFA Gənclər Liqası: "Sabah" Masazırda "Barselona" ilə qarşılaşır
Tv Afişa
11:29
25.11.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
23:51
24.11.2026
Umarali Raxmonaliyev "Sabah"dan ayrılır? - Özü danışdı