Portuqaliyanın "Akademika" klubunun üzvü Fernandu Aleşandre karyerasını Azərbaycanda davam etdirə bilər. Fanat.az xəbər verir ki, bu barədə portuqaliyalı həmkarlarımız məlumat yayıb.
Aleşandrenin "Akademika" ilə müqaviləsi başa çatır. Onun xidmətində "Braqa" və "Maritimu" ilə yanaşı, Azərbaycan, Türkiyə və Qazaxıstan klubları da maraqlıdı. Fernandu hələ qərarını verməyib.
Qeyd edək ki, Aleşandre son mövsüm "Akademika"nın heyətində 28 oyun keçirib və 2 qol vurub. Portuqaliyanın "Benfika", "Olivais", "Mafra", "Estrela" (Amadora), "Braqa", "Leyxoes" və "Olhanense" klublarında top qovub. 28 yarımmüdafiəçi Portuqaliyanın U-17, U-18, U-19 və U-20 yığmalarında çıxış edib.
Fanat.az