Hakimlər söyüldü, klub meydançanı tərk etdi - Azərbaycanda

Hakimlər söyüldü, klub meydançanı tərk etdi - Azərbaycanda

AFFA İntizam Komitəsinin iclası keçrilib. Fanat.Az xəbər verir ki, komitə üzvləri aşağıdakı qərarları qəbul edib: 

* Bakcell U-17 Liqasının “Vətən” - “Xəzər Lənkəran” matçının 68-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 42 №-li futbolçusu Şükür Babayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

 

* Boulevard Hotel U-15 Liqasının “Şəmkir” - “Sumqayıt” matçının 66-cı dəqiqəsində “Sumqayıt” klubunun 16 №-li futbolçusu Kamran Şiriyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

* Futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “İtaldizain” - “Timsport” matçının 14-cü dəqiqəsində “Timsport” klubunun 4 №-li futbolçusu  Riyad Abidov  hakimlər briqadasını təhqir etdiyi üçün 4 oyun cəzalanır (maddə 42.3).

* Futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Sovetski” - “Obolon” matçının 16-cı dəqiqəsində “Sovetski” klubunun 7 №-li futbolçusu  Nicat Əliyev  hakimlər briqadasını təhqir etdiyi üçün 4 oyun cəzalanır (maddə 42.3).

* Futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin  FKİT - “İtaldizain” matçının 43-cü dəqiqəsində  FKİT  klubunun məşqçisi Zaur Dadaşov hakimlər briqadasını təhqir etdiyi üçün 5 oyun cəzalanır (maddə 42.4).

- Oyunun 43-cü dəqiqəsində FKİT klubunun 78 №-li futbolçusu Yusif Əliyev hakimlər briqadasını təhqir etdiyi üçün 4 oyun cəzalanır (maddə 42.3).

- Oyunun 43-cü dəqiqəsində FKİT klubu meydançanı tərk etdiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 53).

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər