Hafiz Məmmədov "Bakı"nı yaşatdı

Hafiz Məmmədov "Bakı"nı yaşatdı

Son vaxtlar maliyyə böhranı yaşadığı deyilən Hafiz Məmmədovun sahibi olduğu "Bakı" futbol klubunun da taleyi qaranlıq idi. Artıq dağılmaq üzrə olan komandanı yenə son anda Hafiz Məmmədov özü xilas edib.

"Bakı"nın prezidenti Hafiz Məmmədov ötən gecə saat 3-ə qədər inzibati heyət və futbolçularla görüş keçirərək, onlara bu müddət ərzində sadiqlik və dözüm nümayiş etdirdiklərinə görə təşəkkür edib.

Bu barədə fanat.az-a komandanın klubun vitse-prezidenti Yaşar Seyidov bildirib.

"Bu həftədən başlayaraq, futbolçulara olan borclar ayın sonunadək hissə-hissə ödəniləcək. Komandamızın özülünü Akademiyamızın uşaqları təşkil edəcək. Onlar son 3 ildə öz yaş qruplarında Azərbaycan çempionu titulunu qazanmış futbolçulardı. Özü də heç biri "Bakı"nı tərk etmiş Şəhriyar Əliyev, Vadim Abdullayev, Vüqar Mustafayev və Namiq Ələsgərovdan zəif deyillər. Sadəcə, həmin kvartet ötən mövsüm Premyer Liqa təcrübəsi qazanıb. Tədricən bu uşaqlar da təcrübə qazanıb, sözlərini deyəcəklər" - Seyidov deyib.

Hafiz Məmmədov həmçinin komandaya yeni baş məşqçi təyin etdiyini də açıqlayıb. Bu, əvvəllər komandanın əvəzedici heyətinin baş məşqçisi olan türk mütəxəssis İbrahim Uzuncadır.

Qeyd edək ki, "Bakı" futbol klubu normal infrasturu, uşaq futbol məktəbi olan azsaylı komandalardan biri idi. Klubun dağılacağı və tarixə qovuşacağı ilə bağlı söz-söhbətlər çoxlarını narahat edirdi. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər