Gözün aydın AFFA: Cəbəllütariqlə Andorra bizdən zəifdi

Gözün aydın AFFA: Cəbəllütariqlə Andorra bizdən zəifdi

Milli komandamız AVRO-2016-nın seçmə mərhələsində keçirdiyi 3 oyunla xal qazana bilməyib. Bolqarıstan və İtaliyaya 1:2 hesabla yenilən Berti Foqtsun yetirmələri ötən axşam Xorvatiyada biabırçı hesabla uduzdu - 0:6.

AVRO-2016-nın seçmə mərhələsində millimizdən başqa daha 8 komanda xal qazana bilməyib. Yığmamız bu komandalar arasında vurulan və buraxılan topların fərqinə görə cəmi iki "cırtdan" ölkəni qabaqlayır. Belə ki, tarixində ilk dəfə seçmə mərhələyə qatılan Cəbəllütariqdə top fərqi -14, Andorrada -12-di. Hər iki komandanın həvəskar səviyyəli olduğunu nəzərə alsaq, millimizin hansı vəziyyətdə olduğunu görərik.

Cəbəllütariq - 0:14 (-14)

Andorra - 2:12 (-10)

Azərbaycan - 2:10 (-8)

San Marino - 0:7 (-7)

Malta - 0:6 (-6)

Farer adaları - 1:5 (-4)

İsveçrə - 0:3 (-3)

Gürcüstan - 1:3 (-2)

Portuqaliya - 0:1 (-1)

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər