Güvenç Kurtar "Sumqayıt"la debüt edəcək

Güvenç Kurtar "Sumqayıt"la debüt edəcək
Mövsümün ikinci yarısına hazırlıq çərçivəsində yanvarın 14-dən 26-na qədər Türkiyənin Antalya şəhərinə yollanacaq "Rəvan” hazırlığın ilk hissəsini Bakıda keçəcək. Fanat.az xəbər verir ki, komanda bu müddətdə 2 yoxlama görüşündə də qüvvəsini sınayacaq. 
Artıq rəqiblər də bəllidi. "Rəvan" əvvəlcə "Sumqayıt”la üz-üzə gələcək. Görüş yanvarın 10-da keçiriləcək və saat 16.00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq. 
Bundan 2 gün sonra isə "Rəvan" "Araz"la münasibətlərinə aydınlıq gətirəcək. Bu qarşılaşma isə "Bayıl Arena”da baş tutacaq. Matç saat 13.00-da başlayacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər