Gürcüstan yığmasının üzvü "İnter"dən imtina etdi

Gürcüstan yığmasının üzvü "İnter"dən imtina etdi
Gürcüstan yığmasının üzvü Şota Qriqalaşvili "İnter"də oynamaqdan imtina edib. Fanat.az xəbər verir ki, bu barədə 27 yaşlı yarımmüdafiəçi özü məlumat verib.
Şota bildirib ki, Cənubi Kiprin "Omoniya" klubu ilə müqavilə bağlamağa üstünlük verib: "Mənim Azərbaycanda oynamaq şansım var idi. Amma Kipri seçdim. Bakı "İnter"indən təklif almışdım. Mən isə "Omoniya"ya keçməyə qərar verdim. Çünki Kirpdə yaşamağa alışmışam".
Qeyd edək ki, Qriqalaşvilinin son iş yeri "Anortosis" olub. O, Cənubi Kipr klubunda 32 oyun keçirib və 8 qol vurub. Gürcü yarımmüdafiəçi əvvəllər vətənində "Dinamo" (Tiflis), "Borjomi", "Mesxeti", "Zestafoni", Rusiyada "Alaniya" və "SKA-Energiya" klublarında çıxış edib. Gürcüstanın U-19 və U-21 yığmalarında forma geyinmiş yarımmüdafiəçi A millidə 9 oyun keçirib. O, yığmanın heyətində sonuncu dəfə ötən ilin 15 oktyabrında İspaniyaya qarşı oynayıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər