Gürcüstan millisi Azərbaycan çempionatında çıxış edəcək

Gürcüstan millisi Azərbaycan çempionatında çıxış edəcək

Qadın voleybolçulardan ibarət Gürcüstan milli komandası 2015-2016 mövsümündə Azərbaycan Super Liqasında mübarizə apara bilər. Bu barədə "Report"a Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.

Bildirilib ki, Bakının 4 komandası - "Lokomotiv", "Azəryol", "Azərreyl" və "Telekom" klubları artıq çempionatda iştirak üçün lisenziya təqdim edib. Hazırda 5-ci klubun müəyyənləşdirilməsi istiqamətində işlər aparılır ki, bu da böyük ehtimalla Gürcüstan millisi olacaq.

Artıq tərəflər arasında məsələ ilə bağlı danışıqlara başlanılıb. Qonşu ölkə yığmasının Super Liqada mümkün iştirakı 2017-ci il voleybol üzrə Avropa çempionatının Azərbaycan və Gürcüstanda keçiriləcəyi ilə əlaqədardır. Məqsəd iki ölkənin müvafiq qurumları arasındakı əməkdaşlığı daha da sıxlaşdırmaqdan ibarətdi. Əsasnamə hazırlandıqdan sonra oyunların keçirilmə yerləri dəqiqləşəcək. Böyük ehtimalla, görüşlər həm Bakıda, həm də Gürcüstanda keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Super Liqasına noyabrın ilk ongünlüyündə start veriləcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər