Gürcü Bakı klubunu Skandinaviya təmsilçisinə dəyişir- SON DURUM

Gürcü Bakı klubunu Skandinaviya təmsilçisinə dəyişir- SON DURUM

Paraqvaylı Sezar Meza Kolliylə yeni müqavilə şərtlərini razılaşdıra bilməyən "Zirə" rəhbərliyi daha bir futbolçusunu itirə bilər. Fanat.Az-ın əldə etdiyi məlumata görə gürcü yarımmüdafiəçi Georgi Qoroziya da Meza Kolli kimi maaşının artırılmasını istəyir.

"Zirə"yə Tippeliqa təmsilçisi "Stabek"dən gələn legionerin eyni vaxtda 2 Norveç təmsilçisinin maraq dairəsinə düşməsi vəziyyəti qəlizləşdirib. Baş məşqçi Ayxan Abbasovun Avroliqa ərəfəsində itirmək istəmədiyi yarımmüdafiəçi müqavilə şərtləriylə razılaşmayacağı halda, "qartallar"ın sıralarını tərk edəcək.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər