Günün transfer xəbərləri: "Milan"da yeni müqavilə

Günün transfer xəbərləri: "Milan"da yeni müqavilə

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

Fanat.Az ötən gün baş tutan transfer xəbərlərini təqdim edir: 

"Milan" yarımmüdafiəçisi İsmael Bennaser ilə müqaviləni yeniləyib. 25 yaşlı əlcəzairli futbolçunun sözləşməsi 2027-ci ilə qədər uzadılıb. 2019-cu ildən İtaliya klubunda çıxış edən İsmaelin buraxılış qiyməti 50 milyon olaraq göstərilib. 

***

Danimarkanın "Nordşelland" klubundan çıxış edən Andreas Şelderup "Benfika"ya keçib. 18 yaşlı norveçli futbolçunun transferi Portuqaliya təmsilçisinə 14 milyon avroya başa gəlib. 

***

Fransalı müdafiəçi Jerom Russiyon 2018-ci ildən çıxış etdiyi "Volfsburq"dan ayrılıb. 30 yaşlı futbolçu "Union Berlin"ə keçib. Ancaq müqavilənin şərtləri açıqlanmayıb. 

***

"Fiorentina"nın yarımmüdafiəçisi Şimon Jurkovski icarə əsasında "Spetsiya"ya keçib. 25 yaşlı futbolçunun sözləşmə mövsümün sonuna kimi nəzərdə tutulub. 

***

"Strasburq"un yarımmüdafiəçisi Adrien Tomasson "Lans"a keçib. Transfer 3,9 milyon avroya başa gəlib. 29 yaşlı futbolçu ilə müddəti 2026-ci ilə qədər davam edəcək müqavilə imzalanıb. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər