Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri artıq indidən klubların yay transfer pəncərəsi dövrü üçün planları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Sky Sports Italia" saytı: "Anxel Di Maria karyerasını "Yuventus"da davam etdirə bilər. Turin klubu argentinalı futbolçunu azad agent qismində heyətinə cəlb etmək istəyir. "Yuventus" komandanı tərk etmək ehtimalı yüksək olan Paulo Dibalaya əvəzləyici axtarır".
Fabritsio Romano, insayder: "Villian ailəsinə qarşı təhdidlərə görə “Korintians”ı tərk edəcək. Onun "Korintians"la hazırkı müqaviləsinin müddəti 2023-cü ilə qədərdir".
"Goal" saytı: "Romelu Lukaku yay transfer pəncərəsində "Milan"a keçə bilər. Klub uzun müddətdir belçikalı futbolçuya maraq göstərir. Lukakunun özü də Premyer Liqanı tərk edib İtaliyaya qayıtmaq arzusunda olduğunu bildirib".
"Washington Post" nəşri: "Qaret Beyl MLS-in "Disi United" klubuna keçə bilər".
"Goal" saytı: "Tottenhem Hotspur" "Roma"nın yarımmüdafiəçisi Nikolo Dzaniolonu transfer etmək istəyir. 23 yaşlı futbolçu ilə "Yuventus" da maraqlanır. Lakin "Tottenhem" ona daha cəlbedici müqavilə təklif etməyə hazırdır".
Baş tutmuş transfer xəbəri:
Fernando (23 yaşlı hücumçu)
"Şaxtyor"dan (Ukrayna) "Zaltsburq"a (Avstriya) keçib.
Transfer məbləği 6 milyon avro olan futbolçunun müqaviləsinin müddəti 2026/27 mövsümünün sonuna qədər nəzərdə tutulub.
Emin Şəmsiyev