Güləş üzrə Avropa çempionatı Bakıda keçiriləcək

Güləş üzrə Avropa çempionatı Bakıda keçiriləcək

2024-cü ildə 23 yaşadək güləşçilərin Avropa çempionatı Bakıda keçiriləcək. 

Fanat.Az xəbər verir ki, qərar Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin onlayn iclasında qəbul olunub.   UWW-nin Büro Üzvü, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyevin də qatıldığı vebinarda yunan-Roma güləşi üzrə Dünya Kubokunun da Azərbaycanda təşkil olunacağı rəsmiləşib. Turnir 5-6 noyabrda gerçəkləşəcək.   2023-cü ildə il böyüklər arasında baş tutacaq Avropa çempionatının təşkilatçılığı isə Xorvatiyanın paytaxtı Zaqrebə həvalə olunub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər