Gimarayns "Nyukasl"ı İngiltərə nəhənginə dəyişir? - SON DURUM

Gimarayns "Nyukasl"ı İngiltərə nəhənginə dəyişir? - SON DURUM

"Nyukasl"ın yarımmüdafiəçisi Bruno Gimarayns komandanı tərk edə bilər.

Fanat.Az xəbər verir ki, məlumatı sosial şəbəkə hesabları üzərindən Fabritsio Romano yayıb. 

Məlumata görə, 25 yaşlı braziliyalı futbolçu ilə "Liverpul" maraqlanır. Mənbə "qırmızılar"ın baş məşqçisi Yürgen Kloppun Braziliya millisinin üzvünün transferini vacib saydığını və rəhbərliyə bu barədə məlumat verdiyini vurğulayıb.

"Nyukasl" Gimaraynsı 2022-ci ilin yanvarında Fransanın "Olimpik Lion" klubundan alıb. "Sağsağanlar" bu keçid üçün qarşı tərəfə  42 milyon avro ödəyib. Brunonun "Nyukasl"la müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər