Ögey atası azərbaycanlı olan futbolçu AZAL-da

Ögey atası azərbaycanlı olan futbolçu AZAL-da

Transfer fəaliyyətini davam etdirən AZAL heyətinə daha iki futbolçu qatıb. Fanat.az xəbər verir ki, sonuncu klubu Ukraynanın “Metalluq” (Donetsk) klubu olan Hamid Yasin dünən müqaviləyə imza atıb. 

22 yaşlı hücumçu iki il müddətində AZAL-da forma geyəcək. Ukraynanın U-16, U-17 və U-18 milli komandalarının da formasını geyən Yasin misir əsilli olsa da, onun ölkəmizlə bağlılığı var. Belə ki, hazırda onun ögey atası azərbaycanlıdı. 

Digər futbolçu isə gürcü Aleksandr Qurulidi. Mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edən Quruli birillik anlaşmaya imza atıb. Onun so iş yeri Gürcüstanın "Samtredia" klubu olub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər