“Gəray Qarayevin “Neftçi”yə gətirilməsi müzakirə olunmayıb”

“Gəray Qarayevin “Neftçi”yə gətirilməsi müzakirə olunmayıb”

“Bu xəbərlərin hardan çıxdığını bilmirəm.Gəray Qarayevin “Neftçi”yə gətirilməsi ümumiyyətlə müzakirə olunmayıb”. Bu sözləri Fanat.az-a açıqlamasında “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov deyib.

Klub rəsmisi daha sonra əlavə edib: “Komanda “Xəzər Lənkəran”la oyuna hazırlaşır. Məqsəd qarşıdakı çempionat matçında uğur qazanmaqdı. Hazırki durumda nə yeni kadr haqda düşünən var, nə də bu yöndə hər hansı fikir səsləndirən”.

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər