Gəncə klubu Kamara ilə anlaşdı

Gəncə klubu Kamara ilə anlaşdı

"Gəncə" basketbol klubu yeni transfer reallaşdırıb. 

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qərb təmsilçisi ABŞ-dən olan Bakari Kamaranı heyətinə qatıb. 

28 yaşlı idmançı ilə mövsümün sonunadək müqavilə imzalanıb. Boyu 201 sm olan oyunçu karyerası ərzində İspaniya, Danimarka və Fransa klublarında çıxış edib.

Qeyd edək ki, Kamaranın son klubu Qətərin "Əl-Vakra" komandası olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər