Futbol üzrə İkinci Liqaya hazırlaşan "Füzuli" komandası mövsümöncəsi təlim-məşq toplanışında ilk yoldaşlıq oyununu keçirib.
Fanat.Az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bakının "Lokomotiv" komandası ilə "ASK Arena"nın 4-cü meydançasında gücünü sınayan bölgə təmsilçisi rəqibini 4 cavabsız qolla məğlub edib. "Füzuli"nin heyətində qolları Cəsur Hüseynov, Ruslan Ağalarov, Hüseyn Axundov və Ceyhun Cavadov vurublar.