Məşhur futbolçu Gökhan Zanın qardaşının həyat yoldaşı Türkiyəyə buraxılmayıb.
Səlahəddin Zanın Azərbaycan əsilli həyat yoldaşı Ayşan Zan viza qaydalarını pozduğu üçün Türkiyəyə daxil ola bilməyib.
Azərbaycandan İstanbula gedən Səlahəddin Zan və Ayşan Zan pasport yoxlama nöqtəsinə gəlib. Burada viza qaydalarını pozduğu səbəbiylə saxlanan Ayşan Zan problemli sərnişinlər otağına keçirilib.
Səlahəddin Zanın problemin həll edilməsi üçün cəhdlər etməsinə baxmayaraq nəticə əldə olunmayıb.



Fanat.az