Çexiya U-21 Liqasında XVIII turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçuların - Fərid Nəbiyevlə Rövlan Muradovun komandası "Slaviya” da növbəti matçına çıxıb. Praqa təmsilçisi "Dukla”nı qəbul edib və darmadağından qaça bilməyib. Qonaqlar 8:4 hesablı qələbə qazanıb. Oyuna start heyətində başlayan Muradov 86-cı dəqiqədə əvəzlənib. Fərid isə 56-cı dəqiqədə Yakub Hromadanın əvəzinə meydana çıxıb və 2 dəqiqə sonra komandasının sonuncu qolunun müəllifi olub.
Qeyd edək ki, 18 tura 29 xal yığan "Slaviya" turnir cədvəlinin 7-ci pilləsindədi.
Fanat.Az