Furlani "Milan"ın futbolçusunun İstanbul nəhənginə keçəcəyini təsdiqlədi

Furlani "Milan"ın futbolçusunun İstanbul nəhənginə keçəcəyini təsdiqlədi

"Milan"ın baş direktoru Corcio Furlani "qırmızı-qaralar"ın yarımmüdafiəçisi Rade Kruniçin yaxın günlərdə Türkiyə nəhənginə keçəcəyini təsdiqləyib.

Fanat.Az "Calciomercato"ya istinadən xəbər verir ki, o, sözügedən futbolçunun "Fənərbağça"ya satılacağını bildirib:

"Bəli, bu, doğru məlumatdır. Transfer başa çatmaq üzrədir".

Qeyd edək ki, Bosniya və Herseqovina millisinin də üzvü olan Kruniç 2019-cu ildən "Milan"dadır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər