Fransalı forvard Azərbaycan klubunda?

Fransalı forvard Azərbaycan klubunda?
Türkiyənin "Göztəpə" klubunun forvardı Robert Maah karyerasını Azərbaycanda davam etdirə bilər. Fanat.az xəbər verir ki, fransalı futbolçu ölkəmizdən təklif alıb.
Türkiyə mətbuatının məlumatına görə, "Göztəpə" Nahir Besara və Robert Maahla yollarını ayırmaq istəyir. Besaranı sabiq komandası "Hammarbü"yə göndərməyə çalışan klub Robert Maah üçün Azərbaycan və Qazaxıstandan təklriflər alıb. Fransalı forvardı istəyən Azərbaycan klubunun adı açıqlanmayıb.
Qeyd edək ki, Robert Maah ötən yaydan "Göztəpə"də çıxış edir. "Qarabağ"ın sabiq üzvü Leroy Corcla komanda yoldaşı olan fransalı futbolçu PTT 1-ci liqa klubunun heyətində 15 rəsmi oyuna çıxsa da, qol vura bilməyib. Parisdə dünyaya gəlmiş 30 yaşlı hücumçu karyerası ərzində İtaliyanın "Bari", "Ravenna", "Pro Sesto", "Qrosseto", "Komo", "Çittadella", Belçikanın "Mouskron", Rumıniyanın ÇFR və Fransanın "Orlean" klublarında çıxış edib. "Transfermarkt" ona 300 min avro qiymət qoyub. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər