Fransada azərbaycanlıya yüksək vəzifə verildi

Fransada azərbaycanlıya yüksək vəzifə verildi

Azərbaycan Güləş Federasiyasının (AGF) I vitse-prezidenti Namiq Əliyev yenidən Dünya Güləş Birliyi (UWW) İcraiyyə Komitəsinin üzvü seçilib.

AGF-nin mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, seçki UWW-nin Fransanın Makon şəhərindəki növbəti illik Konqresi çərçivəsində gerçəkləşib.

İcraiyyə Komitəsində 2010 - 2016-cı illərdə Azərbaycanı təmsil edən və səlahiyyət müddəti başa çatan AGF I vitse-prezidenti Namiq Əliyev yenidən namizədliyini irəli sürüb. Konqres iştirakçılarının böyük əksəriyyətinin səsini qazanan AGF rəsmisi yenidən UWW İcraiyyə Komitəsinə üzv seçilib. Namiq Əliyev qarşıdakı 6 il müddətində beynəlxalq qurumun idarəçiliyində iştirak edəcək.

Xatırladaq ki, AGF I vitse-prezidenti Namiq Əliyev ilk dəfə 2010-cu ildə Dünya Güləş Birliyi (o vaxtkı FİLA) İcraiyyə Komitəsinin üzvü seçilib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər