İtaliyanın "İnter" klubunun yarımmüdafiəçisi Nikolo Barella PSJ-nin transfer hədəfinə çevrilib.
Fanat.Az "90min"ə istinadən xəbər verir ki, fransalılar onun keçidini reallaşdırmaq üçün dünya çempionu Leandro Paredesi Milan klubuna təklif etməyə hazırlaşır.
Paredes hazırda "Yuventus"da icarə əsasında çıxış edir. Turinlilər onu saxlamağı planlaşdırmırlar, Parisdə də ona güvənmirlər. PSJ hətta Paredesdən əlavə, qarşı tərəfə əlavə ödəniş də etməyə razıdır.
Barella İngiltərə Premyer Liqa klublarından "Çelsi" və "Liverpul"un da hədəfindədir. "İnter"in 26 yaşlı italiyalı yarımmüdafiəçi üçün ən azı 50 milyon avro tələb edəcəyi bildirilir.
Mirağa