Fransa klubu Lukakunu rənglərinə bağlamağı planlaşdırır

Fransa klubu Lukakunu rənglərinə bağlamağı planlaşdırır

Fransa klubu "Monako" İtaliya təmsilçisi "Napoli"nin hücumçusu Romelu Lukakunu heyətinə qatmaq istəyir.

Fanat.Az xəbər verir ki, informasiyanı jurnalist Nikolo Skira yayıb.

Məlumata görə, "ağ-qırmızı"lar Belçika millisinin 33 yaşlı üzvü ilə bağlı "Napoli"yə sorğu göndərib

Bildirilib ki, Lukaku bu yay Türkiyə klublarından aldığı təklifləri geri çevirib.

Təcrübəli hücumçunun "Napoli" ilə müqaviləsinin müddəti 2027-ci il iyunun 30-dək nəzərdə tutulub.

Qeyd edək ki, Romelu ötən mövsüm İtaliya klubunun heyətində 6 oyunda 1 qol vurub.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər