İtaliyanın Yezolo şəhərində təşkil olunacaq çimərlik futbolu üzrə FIFA Dünya Kuboku-2017 turnirinin Avropa komandaları arasında seçmə mərhələsində Azərbaycan millisinin keçirəcəyi oyunların vaxtı müəyyənləşib.
Millimizn heyətini və oyunların təqvimini diqqətinizə çatdırırıq: Vaqif Şirinbəyov, Elçin Qasımov, Renat Sultanov, Elvin Quliyev, Amid Nəzərov,Orxan Məmmədov, İlkin Hacıyev, Asif Zeynalov, Ramil Əliyev, Sabir Allahquliyev, Əbdül Əliyev, Hikmət Bağırov.
2 sentyabr, saat 14.45
Fransa - Azərbaycan
4 sentyabr, saat 12.15
Macarıstan - Azərbaycan
6 sentyabr, saat 11:00
Azərbaycan - Bolqarıstan
Qeyd: Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.
Fanat.Az