Foqts: "Pərdis indi "Neftçi" və ya "Qarabağ"da oynayardı"

Foqts: "Pərdis indi "Neftçi" və ya "Qarabağ"da oynayardı"
"Heyətdə zədəli futbolçular var. Buna görə də "Sumqayıt"dan iki futbolçuya dəvət göndərdim. Onların komandasının hansı pillədə qərarlaşması önəli deyil". Fanat.az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Berti Foqts deyib.
Estoniya və Qırğızıstanla oyunlara hazırlaşan millinin baş məşqçisi heyətə autsayder "Sumqayıt"dan iki futbolçu - Vurğun Hüseynovla Pərdis Fərcad-Azadı dəvət edib. Alman çalışdırıcı hər iki oyunçu ilə bağlı fikirlərini bildirib: "Vurğun gənc oyunçudu, onun zədəsi var idi. Artıq sağalıb və millinin qapıları onun üzünə açıqdı. Pərdisdə hər şey alınsaydı, indi "Neftçi" ə ya "Qarabağ"da oynayardı".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər