Foqts izlədi, "Qəbələ" uddu - FOTO

Foqts izlədi, "Qəbələ" uddu - FOTO

Antalyada Topaz Premyer Liqasında çıxış edən klubların hazırlıq prosesini və yoxlama oyunlarını izləyən Azərbaycan millisinin baş məşqçisi Berti Foqts “Qəbələ” - “Tobol” (Qazaxıstan) qarşılaşmasını izləyib. Fanat.az xəbər verir ki, alman mütəxəssis  “Qəbələ”nin baş məşqçisi Yuri Syominlə görüşüb.

Qeyd edək ki, Foqts Antalyada olduğu müddətdə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze, “Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli, “Simurq”un baş məşqçisi Ceorgi Çixradze, “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev və Türkiyənin “Sivasspor” klubun baş məşqçisi Roberto Karlosla görüşüb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər