Berti Foqtsun Antalyaya yollanması barədə xəbər vermişdik. Millinin baş məşqçisi köməkçisi, həmçinin fitness məşqçisi Volfqanq Rollfla birlikdə Qurban Qurbanovla görüşüb və "Qarabağ"ın məşrini izləyib.
Fanat.az xəbər verir ki, ayın 19-dək Antalyada qalacaq məşqçilər toplanışda olan Topaz Premyer Liqası klublarının məşqlərini və yoxlama oyunlarını izləyəcəklər. Foqts və Rollf bu gün "İnter"in "NWC Asten" (Hollandiya) klubu ilə yoxlama oyununa canlı baxacaqlar.
Fanat.az