Fonsekanın "qələmi qırıldı" - "Milan"ı bu 4 məşqçidən biri çalışdıracaq

Fonsekanın "qələmi qırıldı" - "Milan"ı bu 4 məşqçidən biri çalışdıracaq

"Milan"ın baş məşqçisi Paulo Fonsekanın başının üstünü "qara buludlar" alıb. 

Fanat.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis üçün qarşıdakı üç oyun həlledici olacaq.

İnformasiyanı "Calciomercato" yayıb. Xəbərə görə, ona milli komandaların oyunlarına görə nəzərdə tutulan beynəlxalq fasiləyə qədər möhlət verilib. Komanda qalan oyunlarda qalib gələ bilməsə, portuqaliyalı qovula bilər. Bunlar A Seriyasında “Montsa” və “Kalyari” ilə, Çempionlar Liqasında isə “Real Madrid”lə qarşılaşmalardır. Nəticələr uğursuz olarsa, o, başqa məşqçi əvəz ediləcək. 

"Rossoneri" artıq namizədlərini də müəyyənləşdirib. Klubun əməkdaşlıqda maraqlı olduğu məşqçilər Massimiliano Alleqri, Mauritsio Sarri, İqor Tudor və Edin Terziçdir.

Fonseka ötən yaydan "Milan"ı çalışdırır. Hazırda onun rəhbərliyi altında “qırmızı-qaralar” doqquz turda 14 xal toplayaraq A Seriyasının turnir cədvəlində səkkizinci yeri tutur.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər