“Fiorentina” Bakıya qalib gəlir - VİDEO

“Fiorentina” Bakıya qalib gəlir - VİDEO
İtaliya A Seriyasında XV turun oyunları davam edir. Fanat.Az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Fiorentina” öz meydanında “Palermo” ilə qarşılaşıb.
Görüş Florensiya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Fiorentina"nın qollarına penaltidən Federiko Bernardeşi (32-ci dəqiqə) və Kuma Babakar (90+3) imza atıb.
Bununla da xal hesabını 23-ə çatdıran “Fiorentina” 8-ci pilləyə yüksəlib.
Qeyd edək ki, komanda dekabrın 8-də Bakıda “Qarabağ”ın qonağı olacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər