FIFA "Neftçi"dən nə tələb etdi?

FIFA "Neftçi"dən nə tələb etdi?
Belçikanın "Eendraxt Aalst" klubu "Neftçi"nin keçmiş hücumçusu Emil Mpenzanı heyətində oynatmaq barədə FIFA-dan razılıq alıb. Fanat.az xəbər verir ki, ali futbol qurumu hücumçunun Belçika klubunda oynaya bilməsi üçün Mpenzanın bütün lazımi sənədlərini müvafiq kluba yollamaq barədə Bakı klubuna tapşırıq verib. 
"FIFA qərara alıb ki, Mpenza "Eendraxt Aalst"da oynaya bilər. "Neftçi" oyunçunun bütün sənədlərini yollamağa borcludu. Bu, yeddi günə qədər çəkə bilər" deyə Belçika klubunun baş məşqçisi Kris Yanssens yerli KİV-ə bildirib. 
Xatırladaq ki, ötən ilin aprelində Mpenzanın agenti bildirmişdi ki, "Neftçi" hücumçu ilə müqaviləyə birtərəfli qayada xitam verib və bakılılar qalan 18 ay üçün futbolçuya 700 min dollar təzminat ödəməlidi. Ancaq klubdan futbolçunun öz istəyi ilə getdiyi barədə bildiriş göstərilmiş və bütün lazımı sənədlər FIFA-ya göndərilmişdi. Ancaq nəticədə məlum olmuşdu ki, oyunçunun "Eendraxt Aalst"la müqavilə bağladığı zaman onun azad agent olmasını təsdiq edən sənədlər yox idi. Belə ki, "Neftçi" ilə Mpenza arasında müqaviləyə birtərəfli qaydada xitam verilib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər