FIFA sentyabrın 9-da AFFA-ya məktub ünvanlayıb. Fanat.Az xəbər verir ki, məktubda ali futbol qurumunun Nizam-İntizam Komitəsinin "İnter" haqqında mayın 26-da qərar qəbul etdiyi bildirilib.
Belə ki, “İnter”lə Yohan Bokonyano arasında bağlanmış müqavilə şərtlərinə klubun riayət etmədiyi səbəbindən növbəti iki transfer dövründə yeni futbolçu qeydiyatına qadağa qoyulması göstərilib.
Yuxarıda göstərilənləri nəzərə alan AFFA-nın İntizam Komitəsi aşağıdakı qərarı qəbul edib:
Azərbaycan Topaz Premyer Liqasında çıxış edən "İnter" PİK-in növbəti iki transfer dövründə yeni futbolçu qeydiyatına qadağa qoyulsun.
Fanat.Az