FIFA AFFA-nın Şeydayevlə bağlı müraciətinə nə cavab verəcək?AFFA-nın Ramil Şeydayevin Azərbaycan millisində çıxış etmək istəyi ilə bağlı FİFA-ya ünvanladığı müraciət hazırda baxışdadı.
Fanat.az TASS agentliyinə istinadən xəbər verir ki, ali futbol qurumu AFFA-dan müraciət aldığını rəsmən təsdiqləyib. Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası Ramil Şeydayevin vətəndaşlığı dəyişmək məsələsini araşdırdığını bildirib:
"Biz AFFA-dan Ramil Şeydayevin vətəndaşlığını dəyişməsi ilə bağlı müraciət almışıq. Bu məsələ hazırda nəzarətimizdədi və mütəxəssislərimiz bu işlə məşğul olur” deyə, FİFA-nın mətbuat xidməti bildirib.
Fanat.az